Azərbaycanda 539 narkoman qadın…

media-hightechnic-468x90

 

 

62383

Leyla Yolçiyeva: “Hazırda ölkəmizdə 28376 narkoman qeydiyyatdadır”

“2013-cü il statistikasına görə, hazırda ölkəmizdə 28376 narkoman qeydiyyatdadır”.

thumb325_20130115123742062Bu sözləri Yenicag.az-a açıqlamasında Narkotiklərə Qarşı Milli Təbliğat Ofisinin sədr müavini Leyla Yolçiyeva bildirdi.

Onun sözlərinə görə, “onların da 22532 dispanser  qeydiyyatdadır. Profilaktik müayinə alanlar 5843 nəfər, anonim isə 576 nəfərdir. Narkotiklərə Qarşı Milli Təbliğat Ofisi tərəfindən milli konsepsiyanın işlənib hazırlanması nəzərdə tutulub. Əsasən məktəblərdə şagirdlər, universitetlərdə tələbələr üçün seminarlar, dəyirmi masalar keçirilir. Keçən il 6 regionda, Lənkəran, Göyçay, Şamaxıda Masallı, Qubada belə tədbirləri keçirdik. Mütəmadi olaraq bu istiqamətdə qadınlarla da görüşürük. Ölkəmizdə narkotiklərdən istifadə edən qadınların da sayı az deyil. 2013-cü ildə 539 narkotik istifadəçisi olan qadın qeydiyyata alınıb. Onların bu yola qurşanmasının əsas səbəbi ailə problemləri, stres hallarının çoxalması, depressiya halları ilə əlaqədardır. Narkotik istifadəçiləri arasında 18 yaşa çatmayan iki uşaq qeydə alınıb”.

Rüfət

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600