Azərbaycanda 58 yaşlı kişi itkin düşdü – FOTO 

Qazaxda 58 yaşlı kişi itkin düşüb.

Bu barədə Yenicag.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Bildirilib ki, Qazax rayonunun Aslanbəyli kənd sakini, 1964-cü il təvəllüdlü Oruc Nəsibov cari ilin aprel ayının 30-da yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb:

“Onun əlamətləri belədir: Boyu 175-180 sm, sarışın, arıq bədən quruluşludur”.

“Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin 022-295-14-97 şəhər və (050) 275-74-74 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur”, – məlumatda qeyd edilib.