Ana və qızı sertifikatlaşdırma imtahanında yüksək bal topladı

media-hightechnic-468x90

Bu gün keçirilən təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsində fizika fənnini tədris edən ana və qızı yüksək nəticə əldə edib.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, informatika fənni üzrə Xaçmaz rayonu üzrə ən yüksək nəticəni şəhər 4 nömrəli tam orta ümumtəhsil məktəbinin müəllimi Xanım Məmmədəliyeva qazanıb. X.Məmmədəliyeva imtahandan 58 bal toplayıb.

Onun anası Xaçmaz şəhər Cəfər Cabbarlı adına 6 nömrəli tam orta ümumtəhsil məktəbinin fizika müəllimi Nailə Arzumanova da imtahanda 55 bal yığaraq yüksək nəticə göstərib.

İyunun 18-dən başlayan sertifikatlaşdırmanın test imtahanı mərhələsinə Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrindən 1006 nəfər müəllimi cəlb olunub.

Qeyd edək ki, sertifikatlaşdırmanın məqsədi təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlığının yoxlanılması prosedurunu tənzimləməkdən ibarətdir./Azertag/

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05