Trampın Putinə münasibəti dəyişir

media-hightechnic-468x90

ABŞ Prezidenti Donald Tramp Haaqa şəhərində keçirilən NATO sammiti çərçivəsində Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşüb və ona simpatiya göstərərək, “çox xoş bir insan” adlandırıb. Eyni zamanda, amerikalı lider Rusiya ilə bağlı daha sərt mövqe sərgiləyib.

Yenicag.az xəbər verir ki, bu barədə “Faynənşl Tayms” yazıb.

“Vladimir Putin bu müharibəyə son qoymalıdır. İnsanlar həlak olurlar”, – nəşr Trampdan stat gətirib.

Nəşr qeyd edir ki, Tramp Ukrayna və Rusiya liderlərinə münasibətdə uzun müddət tərəddüd içində olub. Dönüş nöqtəsi isə Prezident Zelenskinin ABŞ-a səfəri zamanı Ağ Evdə baş vermiş qalmaqallı mübahisə olub. Həmin insidentdən sonra Vaşinqton Ukraynaya hərbi və kəşfiyyat yardımlarını müvəqqəti olaraq dayandırıb.

İkinci prezidentlik müddətinin əvvəlində Tramp Putinə daha çox anlayışla yanaşırdı – onlar bir neçə telefon danışığı aparmış, ölkələrin danışıqlar komandaları isə birbaşa təmasda olmuşdular. Lakin son həftələrdə Trampın Putinə olan məyusluğu artıb – “maksimalist tələbləri və atəşkəsə razılaşmaqdan imtinası” buna səbəb olub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 26.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600