DİQQƏT! İlbizlər və digər qarınayaqlılar da artıq zəhərli sayılır
Britaniyalı alimlərin yeni araşdırmasına görə, ilbizlər və digər qarınayaqlı canlılar artıq zəhərli hesab oluna bilər.
Yenicag.az xəbər verir ki, bu barədə “Trends in Ecology & Evolution” jurnalında məqalə dərc olunub.
Elmi məqalədə bildirilir ki, bu canlıların bədənindən ifraz olunan bəzi maddələr – o cümlədən maye – digər orqanizmlərin davranışına və orqanizminə təsir etdiyi üçün “zəhər” anlayışına daxildir.
Mütəxəssislər bu maddələrin yalnız hücum və müdafiə vasitəsi yox, həm də cütləşmə zamanı qarşı tərəfi manipulyasiya etmək üçün istifadə olunduğunu deyirlər.
Alimlər qeyd edirlər ki, bu yenidən təyin edilmiş zəhər anlayışı canlılar arasında bioloji təsirlərin daha geniş şəkildə öyrənilməsinə yol açacaq.