Azərbaycanda 6 ayda vergi orqanlarına 229 minə yaxın müraciət daxil olub

media-hightechnic-468x90

Bu ilin yanvar–iyun aylarında vergi orqanlarına ümumilikdə 228 622 müraciət daxil olub.

Yenicag.az xəbər verir ki, məlumatı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə i yayıb.

Məlumata əsasən, müraciətlərin 95,3 %-i ərizə, 4,6 %-i şikayət, 0,1 %-i isə təklif xarakterli olub. Daxil olan müraciətlərin 94,8 %-i hesabat dövründə baxılaraq cavablandırılıb, 5,2 %-i isə hazırda icra mərhələsindədir.

Baxılması tamamlanmış müraciətlərin 52,4 %-i müsbət həllini tapıb, 45,9 %-i üzrə izahat verilib, digərləri isə qanunvericiliyə uyğun tədbirlərlə nəticələnib.

Həll olunan şikayətlərdən 3 241-i faktiki əsaslı olub və əsasən kameral vergi yoxlamaları, sosial sığorta ödənişləri, maliyyə sanksiyalarının silinməsi, vergi qeydiyyatı, şəxsi hesab vərəqələri və vergi borcu ilə bağlı məsələləri əhatə edib.

Hesabat dövründə Dövlət Vergi Xidmətinin Aparatında vəzifəli şəxslər tərəfindən 414 vətəndaşın fərdi qəbulu təşkil olunub. Hər bir müraciətə fərdi yanaşılıb və qanuni tələblərin təmin olunması istiqamətində tədbirlər görülüb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600