Azərbaycanda araq istehsalı aşağı düşüb – Rəsmi statistika
Azərbaycanda spirtli içkilərin, xüsusilə də araq istehsalında azalma müşahidə olunur. Dövlət Statistika Komitəsinin son hesabatı istehsal həcminin ötən illə müqayisədə 10 faizdən çox düşdüyünü göstərir.
Yenicag.az xəbər verir ki, 2024-cü ilin yanvar-fevral aylarında Azərbaycanda 185.1 min dkl araq istehsal edilib. Dövlət Statistika Komitəsinin hesabatına əsasən, ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə istehsal 22,5 min dkl və ya 10,8% azalıb. Məlumat üçün bildirək ki, ötən ilin yanvar-fevral aylarında bu rəqəm 207,6 min dkl təşkil etmişdi.
Eyni zamanda, Azərbaycanda üzüm şərabının istehsalında da 12% azalma qeydə alınıb.
Hesabatda o da qeyd olunur ki, 2024-cü ilin mart ayının 1-nə hazır məhsul istehsalı 167,6 min dkl olub. Hazır məhsul ehtiyatı isə 28,3% azalaraq 66,3 min dkl-ə düşüb. Müqayisə üçün qeyd edək ki, ötən ilin eyni dövründə hazır məhsul ehtiyatı 233,9 min dkl təşkil edirdi.












