Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

"Azərbaycanda benzin ucuzlaşarsa, qida məhsullarının qiyməti..." - Nazim Bəydəmirli

“Rusiyada enerji daşıyıcılarının (benzin, dizel) qiyməti ucuzlaşıb. Ölkə üzrə orta qiymət Aİ 92 – 43 rubl (98 qəpik), Aİ 95 – 46 rubl (1 manat 06 qəpik) müəyyən olunub. Həmişə belə olub, dünyada neftin ucuzlaşması bütün ölkələrdə daxili bazara təsirini göstərir və enerji daşıyıcılarının qiyməti aşağı düşür. Azərbaycanda da belə olmalıdır”.

Bunu Yenicag.az-a açıqlamasında iqtisadçı Nazim Bəydəmirli Rusiyada növbəti dəfə enerji daşıyıcılarının qiymətinin ucuzlaşmasını şərh edərkən deyib.

N.Bəydəmirli enerji daşıyıcılarının baha olmasının gündəlik istehlak olunan ərzaq və qida məhsullarının qiymətinə də təsir etdiyini bildirib:

“Azərbaycan neft ölkəsi olsa da, təəssüf ki, benzin və dizelin qiyməti orta hesabla qonşu ölkələrlə müqayisədə çox bahadır.
Hətta mal ixrac etdiyimiz Gürcüstandan da bahadır. Belə böhranlı vəziyyətdə tövsiyə edərdim ki, hökumət benzin və dizelin qiymətinin aşağı salınması barədə düşünsün. Necə olur ki, enerji daşıyıcılarının baha olduğu ölkələrdən Azərbaycana gətirilən kənd təsərrüfatı məhsullarının qiyməti ucuz olur, amma daxili bazarın istehsal etdiyi qida məhsulları baha.

Gündəlik istehlak olunan bir çox qida məhsullarının baha olmasının səbəbi də elə enerji daşıyıcılarının qiymətinin yüksək olması ilə əlaqədardır. Buna görə də qiymətlər maya dəyəri ilə uyğunlaşdırılmalıdır”.

Cəvahir

www.yenicag.az

874