photo_78203 (1)2 ildir 6 televiziyanın bir araya gəlməsi ilə yaradılan, ölkənin ən böyük media tərəfdaşlıq layihəsi kimi efirdə olan “Region TV” öz brendiyini yeniləyib.

ATV.az-ın məlıumatına görə, kanal artıq “ARB TV” adı ilə fəaliyyət göstərir. Peykdə yayımlanan, kanalın tərəfdaşları olan 3 tematik telekanal da adlarını yeni “ARB” brendinə uyğunlaşdırıb. TTV (Türkel TV) – ARB24, “Alternativ TV” – “ARB Ulduz”, “Günəş TV” isə – “ARB Günəş” olaraq fəaliyyətlərini davam etdirir. “ARB”-nin regional tərəfdaşlıq etdiyi bölgə telekanalları da brendlərini “ARB”-yə uyğunlaşdırıb. “Kəpəz TV” – “ARB Kəpəz”, “Kanal S” – “ARB Şəki”, “RTV” – “ARB Şimal”, “CTV” – “ARB Cənub”, “EL TV” – “ARB Aran” olaraq fəaliyyət göstərir. Media tərəfdaşlıq layihəsinin tərkibinə “Kəpəz FM” radiosu da daxildir. Tezliklərdə isə heç bir dəyişiklik olmayacaq.

“ARB TV”-nin strateji inkişaf və media direktoru İsmayıl Həsənov bildirib ki, bu tərəfdaşlıq layihəsində 9 telekanal, 1 radio təmsil olunur. 9 telekanaldan 5-i regional telekanaldır, 3 tematik peyk yayımı var və bir də ARB TV: “Bu gün artıq trendlər yenilən, media trendləri yenilənir. Bu yenilənməyə uyğun olaraq biz də özümüzü yeniləməyi zəruri bildik. Tək bizim adımız dəyişmir, həm də konsepsiyamız dəyişir, efir konsepsiyamız”.

Qeyd edək ki, ARB-nin açıqlaması – Azerbaijan Republic Broatcasting-dir, yəni Azərbaycanın Respublika Yayımçısı.

 

 

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 37
Kateqoriyalar:
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."