Azərbaycanda daha 148 nəfər koronavirusa yoluxdu

media-hightechnic-468x90

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 148 yeni yoluxma faktı qeydə alınıb, 177 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

media-banner_tuq

Bu barədə Yenicag.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilib.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 39 042 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 36 601 nəfər müalicə olunaraq sağalıb, 574 nəfər vəfat edib, aktiv xəstə sayı 1 867 olub.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 722, bu günə qədər isə ümumilikdə 1 047 906 test icra olunub.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05