Azərbaycanda daha 155 nəfər koronavirusa yoluxdu

media-hightechnic-468x90

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 155 yeni yoluxma faktı qeydə alınıb, 149 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yenicag.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 38327 nəfər koronavirus infeksiyasına yoluxub.

Onlardan 35756 nəfər müalicə olunaraq sağalıb, 562 nəfər vəfat edib, aktiv xəstə sayı 2009 nəfərdir.

Ölkədə son sutka ərzində 6751, hazırkı dövrədək isə 1009478 test aparılıb.

 

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 21.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa