Azərbaycanda dəhşətli yol qəzası baş verib-Fotolar

media-hightechnic-468x90

hghjghguuKürdəmir rayonunda avtomobil qəzası baş verib.

Hadisə bu gün səhər saat 7.00 radələrində Ağsu-Kürdəmir-Bəhramtəpə avtomobil yolunun 52-ci kilometrliyində qeydə alınıb.

Zərdab rayon sakini Babək Bəşirov idarə etdiyi “Mercedes” markalı minik avtomobili ilə Bakı istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və maşın yoldan çıxaraq hündürlüyü 10 metr olan körpüdən su kanalına düşüb.

Hadisə zamanı avtomobildə sürücü və iki nəfər sərnişin olsa da xoşbəxtlikdən xəsarət alan olmayıb. Hadisə zamanı minik maşını yararsız hala düşüb.

Faktla bağlı araşdırma aparılır(apa).

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600