Azərbaycanda dekan rüşvət alarkən saxlanıldı

Azərbaycan Dövlət Aqrar Universitetinin dekanı, professor Nəsibov Famil Nəsir oğlu saxlanılıb. Onun rüşvətə görə saxlanıldığı bildirilir.

Baş Prokurorluğun Mətbuat xidmətindən Yenicag.az-a faktı təsdiqləyiblər.

Bildiriblər ki, qeyd olunan məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcəkdir.