“Azərbaycanda “dindar qruplaşmalar” …”

media-hightechnic-468x90

aİŞİD İraqda bir neçə şəhəri ələ keçirib, şiələrə qarşı soyqırım həyata keçirdikdən sonra Azərbaycanda da narahatlıq hiss olunur. İŞİD üzvlərinin yaydığı xəritədə hakimiyyətlərin devrilərək şəriət dövlətinin qurulacağı ölkələr sırasında Azərbaycan da var idi.

Bu gün Azərbaycan müxalif partiya üzvləri ölkədəki dini çevriliş ehtimalına qarşı olduqlarını bəyan ediblər. İŞİD və ya hər hansı başqa dini qruplaşmanın hakimiyyətə qarşı çevriləcəyi təqdirdə prezident İlham Əliyevin tərəfində olacaqlarını bildiriblər. AXCP üzvü Renad Nəcəfov sosial şəbəkədə bu mövqeyini belə ifadə edib: “Azərbaycanda “dindar qruplaşmalar” hakimiyyəti ələ keçirsələr, indiki hakimiyyəti şam işığında axtararıq. Əgər bu sadaladıqlarım baş verərsə, şəxsən İlham Əliyevin yanında silahlanmaq daha məntiqli olar”.

Vətəndaş Həmrəyliyi Partiyası Gənclər Təşkilatının Məclis üzvü Tural Azad da R.Nəcəfovun fikirlərini dəstəklədiyini və bu mövqedə olduğunu bildirib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600