!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda ən yaşlı seçicinin 125 yaşı var - MSK-dan açıqlama

!Reklam – Yazi

Azərbaycanda seçicilərin siyahısının dəqiqləşdirilməsi başa çatıb.

Yenicag.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycanda 5 milyon 212 min 902 seçici var.

M.Pənahov bildirib ki, seçicilərin 50,83 %-ni (2 649 641) qadınlar, 49,17 %-ni (2 563 261) isə kişilər təşkil edir.

Məzahir Pənahovun sözlərinə görə, Azərbaycanda ən yaşlı qadın seçicinin 125 yaşı var. O, Bərdə rayonunun 94 saylı dairəsində qeydiyyata alınan 1894-cü il təvəllüdlü Allahverdiyeva Səmərqədir.

Ən yaşlı kişi seçici isə 120 saylı Laçın seçki dairəsindən 107 yaşlı Əhmədov Şahverdidir.

Ötən illə müqayisədə ən yaşlı qadın seçici dəyişməsə də, ən yaşlı kişi seçici dəyişib. Belə ki, ötən il ən yaşlı kişi seçici Biləsuvar rayonunda 66 saylı dairədən olan 1900-cü il təvəllüdlü Qurbanov Səftər idi.

www.yenicag.az

5143
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv