Bu ilin yanvar-may aylarında Azərbaycanda kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 847,4mln. manatlıq məhsul istehsal edilib.
Dövlət Statistika Komitəsindən Yenicag.az-a verilən məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə rezin və plastik kütlə məmulatlarının istehsalı 16,5%, kimya sənayesi məhsullarının istehsalı 8,9% artıb, əczaçılıq məhsullarının istehsalı isə 16,4% azalıb.
Məlumata görə, hesabat dövründə kimya sənayesi məhsullarından etilen istehsalı 69,9%, polietilen istehsalı 66,7%, propen (propilen) istehsalı 58,1%, rezin və plastik kütlə məmulatlarından plastmas butulkalar, flakonlar və oxşar məmulatların istehsalı 2,5 dəfə, sərt plastmasdan borular, borucuqlar, qolçaqlar və şlanqların istehsalı 41,7%, plastmas çubuqlar, millər və profillərin istehsalı isə 21,6% artıb.
Azərbaycanda əsas kimya məhsullarının istehsalı dinamikası:
Məhsul növləri |
2023-cü ilin yanvar-may aylarında istehsal edilmişdir | Əvvəlki ilin müvafiq dövrünə
nisbətən, faizlə |
01.06.2023-cü
il vəziyyətinə hazır məhsul ehtiyatı |
Kimya sənayesi məhsulları | |||
Təsirsiz qazlar, min kub metr | 21256,4 | 145,8 | 35,4 |
ondan: | |||
azot, min kub metr | 9977,3 | 106,4 | 31,0 |
Lak-boya məmulatları, ton | 12851,1 | 117,9 | 161,8 |
Qeyri-üzvi kimyəvi maddələr, min ton |
13520,0 |
140,7 |
5750,0 |
ondan: | |||
yod, ton | 82,5 | 127,7 | 34,3 |
Üzvi kimyəvi maddələr, min ton | 388,9 | 105,7 | 34,6 |
ondan: | |||
etilen, min ton | 76,1 | 169,9 | 0,8 |
propen (propilen), min ton | 67,2 | 158,1 | 0,8 |
metanol (metil spirti), min ton | 170,3 | 74,0 | 24,6 |
Etil spirti, min dkl | 13,1 | 100,8 | 37,9 |
Gübrə və azot birləşmələri, min ton |
151,5 |
62,0 |
41,8 |
ondan: | |||
karbamid, min ton | 151,5 | 62,1 | 41,6 |
İlkin formada plastik kütlə, min ton |
142,0 |
169,0 |
31,6 |
ondan: | |||
polietilen, min ton | 75,2 | 166,7 | 14,1 |
Yapışqan və yapışdırıcı maddələr, min ton |
40,3 |
www.yenicag.az