Azərbaycanda fahişəliyə cəlb etməyə görə 56 fakt aşkarlandı

media-hightechnic-468x90

Ötən il Azərbaycanda fahişəliyə cəlb etmə faktı ilə bağlı aşkarlanan cinayətlərin statistik məlumatları açıqlanıb.

Yenicag.az xəbər verir ki, bu, Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun 2021-ci il üzrə illik məlumatında əksini tapıb.

Qeyd edilib ki, 2021-ci ildə ölkədə fahişəliyə cəlb etməyə görə 56 fakt aşkar edilib.

Əxlaqsız yuvaları saxlamaya görə isə 19 fakt aşkarlanıb.

Xatırladaq ki, Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun 2021-ci il üzrə illik məlumatı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları komitələrinin sabah- aprelin 29-da keçiriləcək birgə iclasında müzakirəyə çıxarılacaq.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa