Azərbaycanda futbol hakimlərinin qonorarlarına dəyişiklik edildi - MƏBLƏĞ

media-hightechnic-468x90

2019/2020 mövsümündə futbol üzrə Premyer Liqa və Azərbaycan Kubokunun oyunlarını idarə edəcək baş hakimlərin qonorarları azaldılıb. Futbol üzrə I Divizionun oyunlarına təyinat alan yan xətt hakimlərinin qonorarları isə artırılıb.

Yenciag.az xəbər verir ki, referilər ötən il olduğu kimi, hər bir matç üçün 700 manat deyil, 650 manat alacaqlar. Əvəzində, I Divizionunun qarşılaşmalarında iş başında olacaq yan xətt hakimləri, hakim-inspektorlar və AFFA nümayəndələrinə 150 manat deyil, 200 manat ödəniləcək.

Premyer Liqa və Azərbaycan Kuboku

Baş hakim – 650 manat

Yan xətt hakimi – 400 manat (hər biri)

Ehtiyat hakim – 250 manat

Hakim-inspektor – 300 manat

AFFA nümayəndəsi – 300 manat

I Divizion

Baş hakim – 300 manat

Yan xətt hakimi – 200 manat (hər biri)

Ehtiyat hakim – 120 manat

Hakim-inspektor – 200 manat

AFFA nümayəndəsi – 200 manat

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600