!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda gözlənilən KADR DƏYİŞİKLİKLƏRİ: “Xarici siyasətdə nə kurs, nə də...”

!Reklam – Yazi

“İdarəetmədə bürokratik sistemdən menecment idarə sisteminə keçid etmək zəruridir”.

Bu fikirləri ölkədə keçirilmiş növbədənkənar prezident seçkilərində qalib gələn İlham Əliyevin kadr və strukturk dəyişikliyinə yönəlik mümkün addımlarını şərh edən müstəqil siyasətçi Qulamhüseyn Əlibəyli Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, növbəti dəfə prezident seçilən İlham Əliyevin andiçmə mərasimindən sonra mövcud Nazirlər Kabineti istefaya getməli və hökumətin yeni tərkibi formalaşdırılmalıdır:

“Ölkədə ciddi struktur dəyişikliklərinin olacağı gözlənilmir. Ancaq müəyyən kadr əvəzləmələrinin olması mümkündür. Son dövrlər olmasa da, keçmişdə təyin olunan bir sıra kadrların yola salınacağı gözlənilə bilər. Lakin bu addımların nə qədər effektiv olacağını indidən demək çətindir.

İdarəetmə sistemində isə əhali ilə daha sıx əlaqələrin yaradılması üçün bürokratik idarəçilikdən menecment idarə sisteminə keçid etmək zəruridir. Əlavə olaraq, sosial rifahın yüksəldilməsi istiqamətində də əsaslı “yol xəritələri” hazırlanmalıdır.

Xarici siyasətdə isə nə kadr, nə də kurs dəyişikliyinin olacağı gözlənilmir. Fikrimcə, qarşıdakı dönəmdə daha qətiyyətli xarici siyasət yürüdüləcək. Eyni zamanda, hələ də işğal altında qalan səkkiz kəndimizin azad olunması məsələsi də diqqət mərkəzinə gətiriləcək”.

Nəsimi Ələsgərli

COP29

www.yenicag.az

1600
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv