Azərbaycanda güclü külək yük maşınını aşırdı – FOTO

Bu gün axşam saatlarında Qaradağ rayonu, Sahil qəsəbəsində yük maşını aşıb.

Hadisə şahidlərinin Yenicag.az-a verdiyi məlumata görə, buna güclü külək səbəb olub. Hadisə yerinə Dövlət Yol Polisinin əməkdaşları gəlib. Xoşbəxtlikdən qəza zamanı ciddi xəsarət alan olmayıb.

Qeyd edək ki, ötən gecədən başlayaraq Azərbaycan ərazisində küləkli hava şəraiti hökm sürür.