Azərbaycanda hərbi xidmətə növbəti çağırış başladı

media-hightechnic-468x90

Prezident İlham Əliyevin bu ilin sentyabrın 3-də imzaladığı sərəncama əsasən Azərbaycanda həqiqi hərbi xidmətə növbəti çağırış başlayıb.

Yenicag.az xəbər verir ki, artıq bu gündən çağırışçıların müəyyən edilən qrafik əsasında xidmət yerlərinə göndərilməsinə başlanılıb.

Belə ki, 2004-cü ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1987-2003-cü illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan vətəndaşları oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılırlar.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən çağırışçıların müddətli həqiqi hərbi xidmətə yola salınması oktyabrın 30-dək davam edəcək.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 20.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa