!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda həyət evlərinə artan TƏLƏBAT: Zəlzələyə DAVAMLILIQ, QİYMƏTLƏR...- ARAŞDIRMA

!Reklam – Yazi

Bildiyimiz kimi, Türkiyədə baş verən zəlzələ daşınmaz əmlak sektoruna da ciddi təsir göstərib. Təbii fəlakət nəticəsində xeyli binalar, obyektlər, həyət evləri, xəstəxanalar və məktəblər dağılıb.

Bu da Türkiyədə baş verən şəhərlərə yaxın ərazilərdə evlərin kirayə, alqı-satqı qiymətlərində kəskin artıma səbəb olub. İki həftə əvvəl 2-3 min türk lirəsinə kirayəyə verilən mənzillər hal-hazırda minimum 7 mindən başlayır.

Bu hadisənin Azərbaycana da təsiri olacaq mı?

“Tap.az”, “Bina.az” və sair ev elanları paylaşılan saytlarda maraqlı hadisə baş verib. Son 2 gündür ki, saytlara yerləşdirilən elanlar “Zəlzələyə davamlıdır”, “9 ballıq zəlzələ olsa, rahatlıqla yata bilərsiniz” tipli başlıqlarla insanların diqqətini cəlb edir.

Hətta vətəndaşların çoxu Azərbaycanda da zəlzələ olacağından təşvişə düşərək həyət evləri ilə maraqlanmağa başlayıb.

Hərkəsin ağlında elə bir fikir var ki, zəlzələ olsa, ancaq hündür mərtəbəli binalar ziyan görəcək. Həyət evlərinin çox möhkəm olduğuna dair inanc necə ortaya çıxıb?

Bakının müxtəlif kəndlərində əmlakçılar evləri özləri inşa edərək satışa çıxarırlar. Məsələn, Binəqədi, Xırdalan, Mehdiabad və s. qəsəbələrdə 25-40 min manata satılan həyət evləri  kifayət qədər çoxdur.

Bəs təxmini 30 minə satışa çıxarılan həyət evi nə qədər dözümlü ola bilər ki? Materialların zəlzələyə, hətta zəlzələ qalsın bir qırağa, şiddətli qasırğaya tab gətirməsi mümkündür mü?

Bu tip həyət evlərində adətən bir qat kərpicdən və ya daşdan istifadə olunur. Mənzilin içinə daxil olduqda rənglərin uyğunluğu, dizayn, mebellər adamın gözünü oxşasa da, keyfiyyətin qaneedici olmaması müşahidə olunur.

www.yenicag.az

613
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv