Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

"Azərbaycanda işsizliklə bağlı vəziyyət daha yaxşı ola bilərdi" - Araz Əlizadə

“Biz nə zaman intizamlı olacağıqsa, işsizlərin real sayı da onda bilinəcək”.

Bu fikiri Yenicag.az-a açıqlamasında ölkədə işsizliyin səviyyəsini əks etdirən rəqəmlər arasında fərqliliyin doğurduğu reaksiyaları dəyərləndirən Sosial-Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə deyib.

Araz Əlizadə bildirib ki, işsiz vətəndaşların çoxu rəsmi status almaq üçün zəruri prosedurları həyata keçirməkdən yayınırlar:

“Azərbaycanda işsiz insanlar status almaq üçün rəsmi müraciət etməlidirlər. Ancaq onların çoxu müraciət etmək istəmir. Rəsmi statistikada isə yalnız qeydiyyatdan keçənlər nəzərə alınır. Əgər sən gedib işsiz kimi qeydiyyatdan keçməmisənsə, səni necə işsizlərin siyahısına aid etsinlər? Vergi ödəyicisi olmayan şəxslərin şəxsi təsərrüfatları hesabına dolandıqlarını düşünürlər”.

Ölkədəki işsizlərin real statistikasına gəldikdə isə Araz Əlizadə bunları bildirib:

“Azərbaycanda ümumi vəziyyət yaxşıdır. Bununla belə, Azərbaycanda işsizliklə bağlı vəziyyət daha yaxşı ola bilərdi. Keçmiş sovet respubilkalarına baxdıqda, bizdə vəziyyətin daha yaxşı olduğu görünür. Hər şey nisbətdə götürülür. Onu da nəzərə alaq ki, pandemiyaya görə bütün dünyada işsizlərin sayı artmaqdadır. Məsələn, ABŞ-da artıq işsizlərin sayı 20 milyonu ötüb. Lakin pandemiyadan əvvəl ABŞ-da cəmi 8 milyon işsiz vardı. ABŞ bu rəqəmi ona görə tez açıqladı ki, orada insanlar gedib qeydiyyatdan keçsinlər.

Biz də nə zaman intizamlı olacağıqsa, işsizlərin real sayı da onda bilinəcək. Bizdə bir çox insan müqaviləsiz işləyir. Onları da hesablamaq lazımdır”.

Səxavət Məmməd

Loading...

www.yenicag.az

360
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100