Reklam: Sinerji
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Azərbaycanda işsizliyin real səviyyəsi: “Bu proqnoz gerçəkliyi əks etdirir” – Keçmiş nazir

“Fitch Ratings” reytinq agentliyinin müəyyənləşdirdiyi göstərici Azərbaycanda işsizliyin səviyyəsinə dair rəsmi statistika ilə üst-üstə düşür”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında “Fitch Ratings” beynəlxalq reytinq agentliyinin Azərbayaycanda işsizliyin səviyyəsinə dair proqnozunu şərh edən sabiq maliyyə naziri Fikrət Yusifov deyib.

Onun sözlərinə görə, “Fitch Ratings” beynəlxalq reytinq agentliyinin Azərbayaycanla bağlı proqnozu reallığı əks etdirir:

“Adıçıkilən qurum “Standard&Poor’s” və “Moody’s” ilə birlikdə dünyanın üç ən nüfuzlu reytinq agentlikləri sırasındadır. Bu agentlik əsasən, dünyanın kredit bazarlarına qarşı tərəflərin mövcud və gələcək kredit ödəniş qabiliyyəti ilə bağlı qiymətləndirmələr təqdim edir. Kredit bazarları isə öz fəaliyyətlərində bu məlumatlardan istifadə edirlər.

Reytinq agentliyinə daxil olan bir kompaniya inkişaf etməkdə olan ölkələrdə iqtisadi tədqiqatlar aparamaqla, həmin ölkələr üzrə risklərin xüsusiyyətlərini araşdırır.

Bu sırada “Fitch Ratings” beynəlxalq reytinq agentliyinin cari il üçün və 2021-ci ildə Azərbaycanda işsizlik səviyyəsinin 5% olacağını proqnozlaşdırması da ölkəmizdə bu reytinq agentliyinin apardığı iqtisadi-sosial tədqiqatın nəticəsidir.

Ölkədə işsizliyin səviyyəsinə dair “Fitch Ratings” reytinq agentliyinin müəyyənləşdirdiyi göstərici Azərbaycan hökumətinin işsizliyin səviyyəsinə dair rəsmi statistik göstəriciləri ilə uyğunluq təşkil edir”.

Qeyd edək ki, “Fitch Ratings” beynəlxalq reytinq agentliyi bu il və 2021-ci ildə Azərbaycanda işsizlik səviyyəsinin 5% olacağını proqnozlaşdırır. Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, bu il yanvarın 1-nə ölkədə iqtisadi fəal əhali arasında işsizlərin payı 4,8% olub.

Gülşən Şərif

www.yenicag.az

814