Azərbaycanda “İstilik qurğularının quraşdırılması Qaydaları” təsdiqlənib

media-hightechnic-468x90

Energetika Nazirliyinin Kollegiyası “İstilik qurğularının quraşdırılması Qaydaları”nı təsdiqləyib.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bununla bağlı nazir Pərviz Şahbazov yeni qərar imzalayıb.

Sənədə əsasən, qazanxana qurğularının quraşdırılmasına dair tələblər aşağıdakılardır:

-qazanxana qurğuları tikinti layihəsi sənədlərinə və şəhərsalma və tikinti normalarının tələblərinə riayət edilməklə quraşdırılmalı;

– qazanxanalar yanğın və partlayış təhlükəsizliyi tələblərinə, həmçinin sanitariya qaydaları və normalarının tələblərinə cavab verməli;

– qazanxana qurğuları istehsalçı zavodun texniki tələbləri nəzərə alınmaqla quraşdırılmalı və istifadə olunan avadanlıq və materiallar layihədə nəzərdə tutulmuş tələblərə cavab verməli;

– qazanxanalarda elektrik, qaz, isitmə və ventilyasiya qurğularının, su kəmərləri və kanalizasiya sistemlərinin birləşmələrinin kənar təsirlərdən qorunması və təhlükəsizlik məsafələrinin saxlanılması Nazirlər Kabinetinin , Energetika Nazirliyinin Kollegiyasının, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının tələblərinə uyğun olaraq təmin edilməli;

-qazanxana qurğularının işə salınmasından əvvəl təhlükəsizlik tədbirləri görülməli və kiplik sınaqları aparılmalıdır.

Bundan başqa, qazanxanaların su kəmərləri və kanalizasiya sisteminin quraşdırılmasına dair tələblər aşağıdakılardır:

– qazanxanaların su kəmərləri və kanalizasiya sistemi layihə sənədlərinə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının tələblərinə uyğun quraşdırılmalı;

– borular, armaturlar və digər komponentlər hermetik birləşmələrlə quraşdırılmalı;

– boruların diametri, uzunluğu və yerləşməsi layihədə nəzərdə tutulan hidravlik göstəricilərin tələblərinə uyğun olmalı;

– borularının daxili səthi maneəsiz və hamar olmalı, axının qarşısını alan kənar çıxıntılar olmamalı;

– quraşdırma zamanı boruların keçdiyi yerlərdə konstruksiyalar yanmayan materiallarla izolyasiya edilməli, elektrik kabellərindən “Elektrik qurğularının quraşdırılması Qaydaları” ilə müəyyən edilmiş məsafədə yerləşdirilməli;

– sistemin istismarı və texniki xidməti üçün baxış quyuları, təmizləmə qapaqları (lyuklar) və layihədə nəzərdə tutulmuş digər avadanlıqlar quraşdırılmalı;

– quraşdırmadan sonra birləşmələr sızmaya qarşı kiplik sınaqlarından keçirilməlidir.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05