!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda kişilər niyə ölür? - SƏBƏBLƏR

!Reklam – Yazi

Azərbaycanda keçən il 15-29 yaş arası olanlar arasında 76 878 ölüm faktı qeydə alınıb.

Yenicag.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ölənlərdən 40 261-i kişi, 36 617-si qadın olub.

15-19 yaşda ölənlərin sayı 437, 20-24 yaşda ölənlərin sayı 545, 25-29 yaşda ölənlərin sayı isə 725 nəfər olub.

Kişilərin ölüm səbəbi sırasında hər 100 min nəfərindən 2,9-u bəzi infeksion və parazitar xəstəliklər, 4,2-si yenitörəmələr, 10,6-sı qan dövranı sisteminin xəstəlikləri, 3,2-si tənəffüs sistemi xəstəlikləri, 1,8-i həzm sisteminin xəstəlikləri, 1,4-ü sidik-cinsiyyət sisteminin xəstəlikləri, 68,8-i isə travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin digər nəticələri yer alıb.

Qadınların ölüm səbəbinə gəlincə, ər 100 min nəfərindən 3,2-si bəzi infeksion və parazitar xəstəliklər, 4,8-i yenitörəmələr, 7,7-si qan dövranı sisteminin xəstəlikləri, 2,3-ü tənəffüs sistemi xəstəlikləri, 1,2-si həzm sisteminin xəstəlikləri, 1,3-ü sidik-cinsiyyət sisteminin xəstəlikləri, 14,1-i isə travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin digər nəticələri qərarlaşıb.

www.yenicag.az

198
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv