Azərbaycanda koronavirusdan rekord sağalma – 7 nəfər öldü

media-hightechnic-468x90

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 318 yeni yoluxma faktı qeydə alınıb, 714 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

media-banner_tkm

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yenicag.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 31 878 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 25 882 nəfər müalicə olunaraq sağalıb, 448 nəfər vəfat edib, 5 548 aktiv xəstənin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 789, ötən müddət ərzində isə ümumilikdə 724 953 test aparılıb.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05