Azərbaycanda körpələrə qoyulmasının qarşısı alınan adlar: Manoş, Təkiş, Taz... - SİYAHI

media-hightechnic-468x90

“İyun ayında Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının nəzdində yaradılmış Adlar və Soyadlar üzrə Xüsusi Komissiyaya adlarla bağlı Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrindən daxil olan 32 müraciətə baxılıb”.

Yenicag.az xəbər verir ki, bunu Report-a açıqlamasında Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini, professor Sayalı Sadıqova deyib.

Onun sözlərinə görə, müraciətlərdə qeyd olunan 18 adın körpələrə qoyulması tövsiyə edilməyib və cavab müsbət olmayıb.

Eyni zamanda valideynlərin övladlarına bəzi adları qoymaq cəhdlərinin qarşısı alınıb: “Valideynlər tərəfindən Aza, Sağyaşar, Qəhət, Seçən, Manoş, Namizəd, Qənaət, Oyalı, Pərtövnihal, Şadbala, Taz, Təkiş, Təçən, Vəsi, Qızlarxanım, Kündəş, Közhan və Sənvöch adlarının körpələrə qoyulmasının qarşısı alınıb. Bu adların qoyulması ümumilikdə qadağan edilib”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600