Azərbaycanda qaz hasilatı artıb - 43,5%

media-hightechnic-468x90

Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanda 12 445,6 min ton həcmində qaz kondensatı daxil olmaqla xam neft hasil edilib.

Dövlət Statistika Komitəsindən Yenicag.az-a verilən məlumata görə, bu həcmdə neftin 12 413,8 min tonunu əmtəəlik neft təşkil edib.

Xam neft hasilatı ötən ilin müvafiq dövründən 3% az olub.

Bildirilib ki, neft hasilatı planlaşdırılmış təmir işləri ilə əlaqədar “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun “Mərkəzi Azəri” platformasında hasilatın müvəqqəti dayandırılması səbəbindən azalıb.

Qeyd edək ki, “Mərkəzi Azəri” platformasında illik plana uyğun olaraq, aprelin 15-dən hasilat 15 gün müddətinə dayandırılmışdı.

Hesabat dövründə ölkədə 11 637,5 mln. kubmetr həcmində təbii qaz hasil edilib ki, bu da ötən ilin müvafiq dövründən 25,4% çoxdur.

Hasil olunan təbii qazın 8 041,9 mln. kubmetri əmtəəlik təbii qaz olub ki, bu da ötən ilin analoji dövrünə nisbətən 43,5% artıqdır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600