Azərbaycanda şəriət bankları açılacaq

media-hightechnic-468x90

Azərbaycanda planlaşdırılan İslam bankçılığı “pəncərələri” banklar üçün yeni gəlir mənbələri yaradacaq.

Yenicag.az bakupost.az-a istinadla xəbər verir ki, bu barədə beynəlxalq reytinq agentliyi Moody’s məlumat yayıb.

Agentliyin hesabatına görə, Azərbaycan Mərkəzi Bankı 2026-cı ildən etibarən İslam bankçılığı məhsullarının tətbiqinə başlanılacağını açıqlayıb.

Xəbərdə qeyd olunur ki, ölkədə İslam maliyyəsinin inkişafı üçün əlavə tənzimləyici tədbirlər görülməsi, o cümlədən Mülki Məcəlləyə, “Banklar haqqında” qanuna və Vergi Məcəlləsinə dəyişikliklərin edilməsi nəzərdə tutulub.

Əsas təkliflərdən biri isə İslam maliyyə əməliyyatlarının ƏDV-dən azad edilməsidir.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 13.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa