Azərbaycanda sosial şəbəkələrə GİRİŞ BAĞLANIR? - "Sosial şəbəkələrdə yaş senzurası Azərbaycanda uğurlu olacaq"

media-hightechnic-468x90

“Valideynlər uşaqlarının telefonda nə işlə məşğul olduğundan xəbərdar olmalıdır”

media-banner_tkm

Bu xəbərdarlığı Yenicag.az-a açıqlamasında sosioloq Üzeyir Şəfiyev bildirib.

Sosioloq sosial şəbəkələrdə yaş senzurasının tətbiqi məsələsinin müzakirə edilməsi, bu mövzunun Milli Məclisdə qaldırılması və ölkədə mümkün tətbiqi məsələlərinə toxunub:

“Sosial şəbəkələrə tətbiq ediləcək yaş senzurası dünyanın bir çox ölkələrində mövcuddur və Azərbaycanda da uğurlu olacaq. Düşünürəm ki, internet operatorları da bu məsələyə xüsusi həssaslıqla yanaşaraq hökumətlə ortaq əməkdaşlıq etməli; təhqir məzmunlu, şantaj xarakterli yazı və paylaşımların sosial şəbəkələrə düşməsinin qarşısını almalıdırlar.”

Sosioloq bəzi gənclərin sosial şəbəkələrdə qeyri-etik paylaşımlar etməsində günahın həm də valideynlərdə olduğunu vurğulayıb:

“Bu məsələdə valideynlərin də məsuliyyəti var. Valideynlər övladlarına nəzarəti gücləndirməlidirlər. Bəzi valideynlər var ki, ümumiyyətlə, övladına telefonu ‘götür, başını qat’ deyərək verir, amma onun nə işlə məşğul olduğuna nəzarət etmir.”

“Valideynlər övladlarının telefonda nə etdiyinə necə nəzarət etməlidir?” sualına isə Ü. Şəfiyev belə cavab verib:

“Bəzi ölkələrdə Türkiyə, Çin və bir neçə digər dövlətdə tətbiq edilən önəmli bir üsul var: Valideyn övladının telefonunda daxil olduğu proqramların və saytların bildirişini birbaşa öz telefonuna alır. Bizdə də bu üsuldan istifadə etmək mümkündür. Belə olan halda uşaqlarımızın telefonda pis vərdişlərdən uzaq durmasına nail ola bilərik.”

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05