Azərbaycanda süni qıtlıq yaradan şirkət barədə iş qaldırılıb

media-hightechnic-468x90

027ffa6ec9f81e651722b733c550423fAzərbaycanda manatın məzənnəsinin dəyişdirilməsi ilə əlaqədar istehlak bazarında baş verə biləcək sui-istifadə hallarının və süni qiymət artımının qarşısının alınması üçün İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən nəzarət tədbirləri davam etdirilir.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən aparılmış monitorinqlər zamanı istehlak bazarında “Westgold”, “French Cow” kərə yağlarının və “Oldenburger” pendirlərinin qiymətində süni artım, habelə süni qıtlıq yaratmaq məqsədilə həmin məhsulların dövriyyədən çıxarılması əlamətlərinin olduğu müəyyən edilib.

Bununla əlaqədar həmin malların istehlak bazarında əsas təchizatçısı olan “Vest Produkt Marketinq” MMC barədə antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

İstehlak bazarına nəzarət tədbirləri davam etdirilir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600