Reklam

Reklam

Ödənişli əsaslarla oxuyanlar daha az pul ödəyəcəklər.

Azərbaycanda ilk peşə-ixtisas təhsili müəssisələrində çox mənbəli və alternativ maliyyə təminatına nail olunması və peşə təhsilinə əhalinin daha geniş təbəqəsinin cəlb edilməsi məqsədilə 2016/2017-ci tədris ilində ödənişli əsaslarla təhsil haqları azaldılıb.

Nazirlər Kabinetinin 2016-cı il üzrə hesabatında bildirilib ki, illik təhsil haqlarının yuxarı həddi 650 manatdan 500 manata kimi azaldılıb, ən aşağı təhsil haqqı isə 350 manat həcmində müəyyənləşdirilib.

Hesabatda həmçinin qeyd olunur ki, Azərbaycanda ümumilikdə 604 uşağın, 2016-cı ildə isə 10 uşağın dövlət uşaq müəssisələrinə düşməsinin qarşısı alınıb. Bununla yanaşı, alternativ xidməti olan 1 nömrəli Ailə tipli kiçik qrup evinə 3 nəfər uşaq yerləşdirilib, Lənkəran şəhərində Təhsil Nazirliyi tərəfindən oğlanlar üçün inşa edilən 2 nömrəli Ailə tipli qrup evinə yerləşdirmək üçün dövlət uşaq müəssisələrindən valideyn himayəsindən məhrum, tam kimsəsiz 12 nəfər uşaq seçilib. Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün internat məktəbləri və uşaq evlərində yaşayan 38 uşaq həmin müəssisələrdən bioloji ailələrinin və yaxın qohumlarının himayəsinə qaytarılıb. Təhsil Nazirliyinin övladlığa götürülən uşaqların mərkəzləşdirilmiş siyahısında olan 8-16 yaş arası 4 uşaq övladlığa verilib. Bakı şəhərində fəaliyyət göstərən 4 pilot müəssisədə I və II siniflər üzrə 24 nəfər əlilliyi olan uşaq inklüziv təhsilə cəlb edilib.

Hazırda Azərbaycanda 76 ölkədən 4971 əcnəbi tələbə təhsil alır ki, bu da ötən tədris ilinə nisbətən 14,4% artıqdır.

Yeniçağ.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 91
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."