Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Azərbaycanda “tısbağa sürətli” BƏRBAD İNTERNET: “Dünya reytinqində 167-ci yer quyunun dibi deməkdir” - ETİRAZ

“Provayderlər keyfiyyətsiz xidmət göstərməklə yanaşı, həm də bu “taktika” sayəsində külli miqdarda qanunsuz gəlir əldə edirlər”.

Bu fikirləri Cable.co.uk agentliyinin dünya ölkələrində internetin sürəti ilə bağlı açıqladığı hesabatda Azərbaycanın 224 ölkə arasında 167-ci yerdə qərarlaşmasının səbəblərini şərh edən Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, müvafiq dövlət qurumları Azərbaycanın dünyadakı nüfuzuna ciddi zərbə olan bu problemi ən qısa vaxtda aradan qaldırmalıdır:

“Bu hesabatla tanış oldum və çox təəssüfləndim. Qeyd olunmalıdır, son illərdə Azərbaycanda internet təminatı ilə bağlı ciddi işlər görülüb və istifadəçilərin sayı da xeyli artıb. Buna baxmayaraq, istər Bakıda, istərsə də bölgələrdə əhalinin keyfiyyətli və sürətli internetlə təmin olunmasında problemlər qalmaqdadır.

İnternetin sürətinin zəif olmasının səbəbi nədir? Bu, ilk növbədə internet provayderlərin məsələn, 100 abunəçi üçün nəzərdə tutulan xəttə 300 abunəçini qoşmalarıdır. Yəni 100 nəfər üçün nəzərdə tutulan internetdən 300 nəfər istifadə edir. Bu halda sürət də aşağı düşür, kəsintilər də yaranır. Əsas səbəb budur. Provayderlər keyfiyyətsiz xidmət göstərməklə yanaşı, həm də bu “taktika” sayəsində külli miqdarda qanunsuz gəlir əldə edirlər.

Mən hazırda Xaçmaz rayonunun Dədəli kəndindəyəm. Bu ərazidə əhalini intenetlə “Selnet” şirkəti təmin edir və abunəçilərə münasibətdə sayğısızlıq göstərir. Təsəvvür edin, internetdə tez-tez yaranan problemə görə şirkətə zəng etdikdə. “bu gün, sabah” deyə-deyə problemi həll etmirlər. Hətta bir dəfə 10 gün internet olmadı. Həmin günlərin sığortalanacağı vəd olunsa da, şirkət buna əməl etmədi.

Bundan başqa, mən Bakıda Ailə.net provayderinin xidmətindən istifadə edirəm. Amma bu şirkət də “Skype” proqramını bağlayıb. Azərbaycanda “Skype” proqramına qadağa qoyulmadığı halda, şirkət nə ixtiyarla bu addımı atır? Belə suallar çoxdur.

İnternetin sürəti ilə bağlı sıralamaya gəldikdə, dünya reytinqində 167-ci yer quyunun dibi deməkdir. Ona görə də, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bu problemin həlli üçün təcili hərəkətə keçməlidir.

Ümumiyyətlə, bundan sonra hər yoldan keçənin şirkət açıb əhaliyə keyfiyyətsiz xidmət göstərməsinin qarşısı alınmalıdır”.

A.Zeynalov

www.yenicag.az

617
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100