Tovuzda şadlıq evlərinin birində toy zamanı xoşagəlməz hal yaşanıb.
Yenicag.az Xəzərxəbər-ə istinadən xəbər verir ki, rayonun Aşağı Quşçu kənd sakini 31 yaşlı Zülfüqar Məhərrəmov qonşularının toyunda iştirak edən zaman əvvəl bir nəfər tərəfindən qəfil vurulub. Daha sonra 11 nəfərin hücumuna məruz qalıb.
Kütləvi dava zamanı toya qonaq gələn şəxslər onu döyərək xəstəxanalıq ediblər. Kəllə-beyin travması alan Zülfüqar Məhərrəmov təcili yardım vasitəsi ilə rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Ona ilkin tibbi yardım göstərilib. Vəziyyəti kafi olsa da həyatı üçün təhlükə yoxdur. Faktla bağlı Tovuz rayon polis şöbəsində araşdırma aparılır.
www.yenicag.az