Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Azərbaycanda tutulan FETÖ-çünün həbs müddəti uzadıldı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Türkiyədə axtarışda olan Mustafa Ceyhan Yaşar oğlunun öz ölkəsinə təhvil verilməsi barədə Azərbaycan Ədliyyə Nazirliyi və Baş Prokurorluğun təqdimatı üzrə məhkəmə iclası davam etdirilib.

Yenicag.az Report-a istinadən xəbər verir ki, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısının ötən iclasda verdiyi vəsatət müzakirə edilib.

Məhkəmə vəsatəti təmin edilib. M.Ceyhan barəsində seçilmiş həbs müddəti uzadılıb.

Məhkəmənin növbəti iclası aprelin 30-a təyin edilib.

Xatırladaq ki, ötən prosesdə prokuror təqsirləndirilən şəxsin həbs müddətinin uzadılmasını və onunla bağlı Dövlət Miqrasiya Xidmətinə və BMT-yə sorğu verilməsini istəmişdi.

Qeyd edək ki, Türkiyə vətəndaşı Mustafa Ceyhan Fətullahçı Terror Təşkilatının (FETÖ) üzvü olmaqda ittiham edilərək, barəsində ölkəsində axtarış elan olunub. O, ötən ilin aprel ayında Gürcüstan Respublikasından Azərbaycana qanunsuz yolla keçmək istəyən zaman həbs edilib.

Qazax Rayon Məhkəməsinin hökmü ilə Mustafa Ceyhan Azərbaycan Respublikasının sərhədlərini qanunsuz yolla keçməyə cəhd etməkdə ittiham olunaraq, 1 il müddətinə azadlıqdan məhrum edilib.

Daha sonra Türkiyə Respublikası Mustafa Ceyhanın ekstradisiya olunması ilə bağlı Azərbaycana müraciət edib.

www.yenicag.az

2062
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100