Milli Məclisin ötən gün keçirilən plenar iclasında vətəndaş nikahı məsələsi gündəmə gətirilib.
Plenar iclasda deputat Fəzail Ağamalı vətəndaş nikahlarının artdığı, bu nikahdan son 10 ildə doğulan uşaqların sayı şəhərlərdə 3 dəfə, kənd və rayonlarda isə 6 dəfəyə qədər artıdığını vurğulayıb.
Yenicag.az xəbər verir ki, Milli Məclisin sədri Sahibə Qafarova da ölkədə vətəndaş nikahının qanunsuz olduğunu, qadının, kişinin də vətəndaş nikahına girməli olmadığını dilə gətirib.
Qeyd edək ki, vətəndaş nikahı dedikdə dövlət qurumları tərəfindən qeydiyyata alınmayan evliliklər nəzərdə tutulur. Bu nikah bəzən vətəndaşlar arasında “dini nikah”la da qarışdırılır.
Məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən ilahiyyatçı Yaşar Qurbanov bildirib ki, hər hansı şəxslər öz aralarında razılaşaraq, birgə yaşaması doğru deyil:
Onun sözlərinə görə İslam dininə görə, bu, böyük günah sayılır:
Daha ətraflı videonu təqdim edirik:
İsmayıl Bakuvi
Samir Məcidov
www.yenicag.az