Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Azərbaycanda virtual müstəviyə “sıxışdırılan” DAXİLİ SİYASƏT: “Hələ bir müddət belə davam edəcək” - ŞƏRH

Reklam: Sinerji Pro

“İşğaldan azad edilmiş ərazilərin bərpası fonunda daxili siyasi proseslər də ilin sonuna doğru aktivləşə bilər”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında ölkədaxili siyasi proseslərdə ətalətin daha nə qədər davam edə biləcəyini dəyərləndirən Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli deyib.

Onun sözlərinə görə, Azərbaycanın 44 günlük Vətən müharibəsinin yekununda işğal altındakı ərazilərimizin mütləq hissəsinin azad edilməsi ölkədə yeni şərait yaradıb:

“Həqiqətən də, ölkənin daxili siyasi həyatında müəyyən durğunluq müşahidə olunmaqdadır. Mən bunu bir sıra amillərlə, xüsusilə, müharibədən sonra ölkənin xarici siyasi məsələləri, o cümlədən, işğaldan azad edilmiş ərazilərimizdə bərpa işlərinin aparılması ilə əlaqələndirirəm.

Ona görə də ola bilsin, daxili siyasi proseslərdə irəliləyiş hiss edilmir. Mən əsas səbəbi bu sadaladığım amillərdə görürəm.

Hər halda, fikrimcə, bu vəziyyət müəyyən müddət davam edəcək. İşğaldan azad edilmiş ərazilərin bərpası fonunda daxili siyasi proseslərin də ilin sonuna doğru aktivləşəcəyini düşünürəm”.

A.Zeynalov

www.yenicag.az

269
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100