Azərbaycanda yeni futbol klubu yaradıldı

media-hightechnic-468x90

38de7bc0235683e94029e353fb1c3bb6Bu gün AFFA-nın İcraiyyə Komitəsinin (İK) fövqəladə iclası keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncaqda klublarla bağlı qərarlar qəbul olunub.

Peşəkar Futbol Liqasının müraciətinə baxan İK “Rəvan”ın 2015/16-cı il mövsümü üçün Premyer Liqa yarışlarında iştirakını müsbət dəyərləndirib. Bununla, paytaxt təmsilçisinin yarışda iştirakı rəsmiləşib.

İclasda üç klubun – “Kəpəz Peşəkar Futbol Klubu” İctimai Birliyinin, “Turan Tovuz Peşəkar Futbol Klubu” İctimai Birliyinin, həmçinin yeni “Zaqatala Peşəkar Futbol Klubu” İctimai Birliyinin təsis olunmasında digər futbol qurumları ilə birgə AFFA-nın da təsisçi qismində iştirakının təmin edilməsinə qərar verilib.

Komitə üzvləri 2016/17-cı il mövsümü üçün lisenziyalaşdırma üzrə qaydalar təsdiq edib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600