Azərbaycanda yeni internet televiziya yaradılıb

media-hightechnic-468x90

Ölkənin internet televiziya məkanına daha bir kanal daxil olub.

Yenicag.az xəbər verir ki, ölkədə “Kanal 5” adlı yeni internet televiziyası yaradılıb.

Tezliklə maraqlı verilişlər, reportajlar, müzakirələr və müsahibələrlə yayıma başlayacaq yeni kanalın əsas məqsədi Azərbaycanda və dünyada baş verən ictimai-siyasi hadisələri işıqlandırmaq, cəmiyyəti operativ informasiya ilə təmin etməkdir.

Tamaşaçılar “Kanal 5”-in efirində vətənpərvərlik, araşdırma, təhlil xarakterli verlişlərlə yanaşı, tanınmış ictimai-siyasi xadimlər və diaspor nümayəndələri ilə müntəzəm müsahibələri, həmçinin, ölkənin sosial-iqtisadi və mədəni həyatına dair verlişləri izləyə biləcəklər.

“Kanal 5”-in fəaliyyəti www.kanal5.az saytı ilə yanaşı, bütün sosial şəbəkələrdə (instagram: @kanal5_tv , facebook: “Kanal 5 tv”, Youtube: “Kanal 5”) işıqlandırılacaq.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600