Azərbaycanda yenidən işıqlar söndü – 30 dəqiqədir qatar tuneldə qalıb

Azərbaycanda yenidən işıqlar sönüb.

Yenicag.az xəbər verir ki, 18:50 radələrində Bakıda işıqların verilməsində məhdudiyyət yaranıb. Hadisənin “çastpik”də baş verməsi vəziyyəti daha da ağırlaşdırıb. Beləki, havaların istiliyini, qatardakı sıxlıq insanları təlaşa salıb. Hazırda metrostansiyalarlarda qalan sərnişinlər, liftdə qalan sakinlər təşviş içindədir.

“20 Yanvar” metrostansiyasında isə 30 dəqiqədir qatar tuneldə qalıb.