Ülvi Qılınc LAĞA QOYDU: “Kafe müğənnisidir, gördüyü də lülə, tikə, basdırma”

media-hightechnic-468x90

“Təəssüf ki, onlar kafedən qırağa çıxmayıblar, dünyanı görməyiblər. Gördükləri kafe və kafenin sistemidir; yəni tikə, lülə, basdırma…”

Bu sözləri Yenicag.az-a açıqlamasında tanınmış müğənni Ülvi Qılınc deyib.

Sənətçi Heydər Əliyev adına Sarayda konsert verən bəzi müğənnilərlə bağlı sərt fikirlər səsləndirib:

“Heydər Əliyev Sarayında konsert vermək üçün ən azı 100 min manat pul lazımdır. Bura musiqiçilər, dekorasiya, sarayın icarəsi, bilet satışının təşkili, müəllif hüquqları və digər xərclərin qarşılanması daxildir. Müğənni heç nəyin icarə haqqını verməli deyil. Əsl konsert belə olur. O, sadəcə tamaşaçının zövqünü oxşamağı düşünməlidir. Bunun üçün də azı bir ay məşqlər olmalıdır. Bununla bərabər dekorasiya, şoular və s… Hansı ki, bundan həm də dövlətin büdcəsinə xeyir gəlir.

Bir də var kimsə kafedə oxuyur, gətirir həmin qazancını verir Heydər Əliyev Sarayına və deyir ki, mən orada konsert vermişəm. Konsert bu deyil. Konsert o deməkdir ki, sən konsert verirsən, tamaşaçı səndən zövq alır sənin o “cik-cik” səsindən yox. Konsertin məqamı budur, sənin dinləyicinin kim olduğundan söhbət gedir. Özlərini “müğənni” sayanlar da kafe oxuyanlarıdır. Xalq artistləri də onların içərisindədir. Təəssüf ki, onlar kafedən qırağa çıxmayıblar, dünyanı görməyiblər. Gördükləri kafe və kafenin sistemidir: yəni lülə, tikə, basdırma…”

Cəvahir

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 05.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05