ABŞ və Çin liderləri telefon danışığı oldu

media-hightechnic-468x90

ABŞ Prezidenti Donald Tramp telefon danışığı zamanı Çin Xalq Respublikasının Sədri Si Cinpinlə Ukraynadakı böhranı və İran ətrafındakı vəziyyəti müzakirə etdiyini bildirib.

Yenicag.az xəbər verir ki, bu barədə ABŞ lideri “Truth Social” platformasında yazıb.

“Bu, uzun və ətraflı söhbət idi və burada bir çox mühüm mövzulara toxunuldu. O cümlədən ticarət, hərbi məsələlər, aprel ayında Çinə planlaşdırılan səfərim (onu səbirsizliklə gözləyirəm), Tayvan, Rusiya ilə Ukrayna arasında müharibə, İran ətrafında mövcud vəziyyət, Çinin ABŞ-dən neft və qaz alışı, Çinin əlavə kənd təsərrüfatı məhsullarının, o cümlədən cari mövsümdə soya paxlası alışını 20 milyon tona qədər artırmaq imkanını nəzərdən keçirməsi (növbəti mövsümdə isə 25 milyon ton almağı öhdəsinə götürüblər), aviasiya mühərriklərinin tədarükü və bir çox digər mövzular müzakirə olundu”, – deyə Tramp qeyd edib.

Çin Mərkəzi Televiziyasının daha əvvəl verdiyi məlumata görə, telefon danışığı zamanı Si Cinpin Trampı iki ölkə arasında dinc yanaşı yaşama prinsipini qorumağa çağırıb və ABŞ silahlarının Tayvana tədarükü məsələsinə ehtiyatla yanaşmağı tövsiyə edib./Oxu/

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 04.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05