Məşhur müğənni tanınmış aparıcıları hədəf aldı: "Mələk cildinə giriblər"
“Bəzi aparıcılar var ki, efirdə mələk cildinə girir, amma həyatda başqa cürdür”.
Yenicag.az xəbər verir ki, bu sözləri müğənni Kəmalə Qaramollayeva “Xəzər axşamı” verilişində deyib.
Sənətçi Mirzə Ələkbər Sabirin satirik şeirinə bəstələnmiş “Qoyma gəldi” mahnısına çəkdirdiyi klipin sosial şəbəkələrdə sərt tənqid olunduğunu bildirib. O, həmin insanlar sırasında tanınmış aparıcı və sənətçilərin də olduğunu vurğulayıb:
“Onların içərisində aparıcılar da var, müğənnilər də… Həmin o aparıcılar başqalarının telefonlarından yazırdılar. Bunu sonradan öyrəndim. Məqsədləri də məni ruhdan salmaq idi. Həmin o telefon nömrələrinin də kimə məxsus olduğunu bilirəm. Lazım olsa, adlarını açıqlayacağam. Yazdırdılar ki, Kəmalə Qaramollayeva müsəlmanları bəyənmir”.
Nehru












