“Azərbaycandakı inkişaf bizə qürur verir”

media-hightechnic-468x90

787e1ea84963a30fbc0801d3350bfa0c“Azərbaycanda müşahidə olunan inkişaf bizə qürur verir”.

Yenicag.az apa-ya istinadən xəbər verir ki, bu sözləri Türkiyənin 11-ci prezidenti Abdullah Gül deyib. O, Azərbaycanın I Avropa Oyunları və digər mühüm tədbirlərə ev sahibliyi edəcəyini xatırladıb: “Bakı tarixi şəhərdir. 19-cu əsrdə neftin tapıldığı önəmli şəhərlərdən biri kimi dünyada böyük şəxslərin diqqətini cəlb edib. Bakı həm də siyasi paytaxtdır və Azərbaycan enerji resursları ilə zəngin ölkədir. Vaxtilə Bakı-Tbilisi-Ceyhan neft boru xətti yuxu kimi görünürdü. Ancaq reallaşdı. Sonra biz Bakı-Tbilisi-Ərzurum qaz boru xətini reallaşdırdıq. Çəkiləcək TANAP xətti də Azərbaycanı Avropada önəmli enerji mənbəyi olaraq ortaya çıxaracaq. Bakı-Tbilisi-Qars dəmir yol xətti çox önəmli layihədir və bitmək üzrədir. Bunlar Azərbaycan qaynaqlı layihələrdir. Gürcüstan və Türkiyə üzərindən çıxır və bütün Avropaya paylanır. Dünya bu layihələrə çox önəm verir”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600