ABŞ-də təyyarə evin damına endi
ABŞ-nin Texas ştatının Hyuston şəhərində kiçik-mühərrikli təyyarə iyulun 20-də yaşayış evinin damına məcburi eniş edib.
Yenicag.az xəbər verir ki, bu barədə ABC telekanalı Texas İctimai Təhlükəsizlik Departamentinə istinadən məlumat yayıb.
Bildirilib ki, pilot xəstəxanaya yerləşdirilib. O, təyyarəni yaxınlıqdakı uçuş meydançasına endirməyə cəhd etsə də, buna nail ola bilməyib.
ABŞ Federal Mülki Aviasiya Administrasiyası (FAA) telekanala açıqlamasında bildirib ki, hadisə ikiyerlik “Piper J-3 Cub” yüngül təyyarəsi ilə baş verib.













