!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycandakı valyuta hərraclarında satışın azalmasına təsir edən amillər - İqtisadçı açıqladı

!Reklam – Yazi

“Quru sərhədlərinin bağlı olması ölkədən valyuta çıxışını azaldır”.

Bu sözləri Azərbaycandakı valyuta hərraclarında satışın 74 faiz azalmasına toxunan iqtisadçı Eldəniz Əmirov Yenicag.az-a açıqlamasında deyib.

İqtisadçıya görə, inflyasiyanın mövcudluğu fonunda yaranan sosial və iqtisadi problemlər vətəndaşların ehtiyat pullarını belə xarici valyutaya çevirməyə əngəl törədir. Bu isə banklarda valyuta satışının azalmasına təkan verir:

“Azərbaycandakı valyuta hərraclarında satışın azalmasına bir sıra amillər təsir edir. Bu amillərdən biri ölkədən valyuta çıxışına nəzarətin gücləndirilməsi və çıxış kanallarının daraldılmasıdır. Eyni zamanda quru sərhədlərinin bağlı olması ölkədən valyuta çıxışını azaldır. Bundan başqa, inflyasiya səbəbindən insanların gəlirlərinin böyük hissəsi məhz gündəlik tələbat mallarına və digər zəruri xərclərə sərf olunur. Bu isə əvvəlki illərdəki kimi insanların ehtiyat pul yığımına imkan vermir. Halbuki ehtiyat pul yığımında insanlar vəsaitlərinin müəyyən hissəsini xarici valyutaya çevirirdilər. İndiki məqamda vətəndaşların bu imkanları məhdudlaşıb. Hətta əksər insanlar əlindəki xarici valyutada olan vəsaiti manata çevirərək öz tələbatlarını ödəməyə çalışırlar. Bu faktorlar Mərkəzi Bankın banklara olan valyuta satışının azalmasına ciddi təsir göstərir”.

Qeyd edək ki, valyuta hərraclarındakı satış ötən ilin yanvar ayı ilə müqayisədə 74,1 faiz azdır.

Gülşən Şərif

www.yenicag.az

355
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv