Azərbaycandan Azərbaycana PRİNSİPİ: “Ermənistan da TRIPP-dən qazanacaq”

media-hightechnic-468x90

“Zəngəzur dəhlizi (TRIPP) sayəsində qazanan yalnız Azərbaycan və ABŞ olmayacaq”.

Bunu Yenicag.az-a açıqlamasında politoloq Asif Nərimanlı deyib.

media-994fdb034e-asif-nerimanli-azerbaycan-danisiqlar-prosesinde-fransanin-istirakina-imkan-vermir

O, Zəngəzur dəhlizinin (Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu – Trump Route for International Peace and Prosperity – TRIPP) Azərbaycan, Türkiyə və ABŞ üçün perspektvlərindən danışıb.

Politoloq qeyd edib ki, Azərbaycan bu yol vasitəsilə əsas hədəfini gerçəkləşdirəcək:

“Prezident İlham Əliyev hər bir beynəlxalq platformada “Azərbaycandan Azərbaycana prinsipi” üzrə dəhlizin təmin olunmasını gündəmə gətirib və məsələni daim diqqət mərkəzində saxlayıb. Necə adlandırılmasından asılı olmayaraq Azərbaycanın tələbləri yerinə yetirildi. Doğrudur, buna Naxçıvana maneəsiz keçid təmin olunduğu üçün biz dəhliz deyəcəyik. Ermənistan isə “sülh kəsişməsi”nin parçası kimi ictimaiyyətə çatdıracaq. ABŞ və digərləri isə Tramp körpüsü kimi təqdim edəcək. Lakin Zəngəzur dəhlizi (TRIPP) sayəsində qazanan yalnız Azərbaycan və ABŞ olmayacaq. Eyni zamanda Türkiyə və elə Ermənistanın özü də xüsusi imkanlar qazanacaq”.

Nəsimi Ələsgərli

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa