Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Azərbaycandan pul çıxarmağa məhdudiyyət qoyuldu

Azərbaycan Mərkəzi Bankı (AMB) rezidentlər və qeyri-rezidentlər tərəfindən xarici valyuta ilə əməliyyatların aparılması Qaydalarına dəyişiklik edib.

Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bank sektorundakı mənbə məlumat verib.
“Dəyişikliklərə əsasən, fiziki şəxs xaricə aylıq 30 min ABŞ dolları, o cümlədən bank hesabı vasitəsilə 10 min ABŞ dolları, hesab açmadan 10 min ABŞ dolları, yaxın qohumlara 10 min ABŞ dollarınadək vəsait göndərə bilər», – deyə mənbə bildirib.

Onun sözlərinə görə, qohumların sayından asılı olmayaraq bu məqsədlər üçün xaricə pul köçürmələrinin limiti 10 min ABŞ dolları təşkil edir.

Yeniçağ.az

www.yenicag.az

425