Azərbaycanı kata üzrə Avropa çempionatında onlar təmsil edəcəklər

media-hightechnic-468x90

Azərbaycan cüdoçuları Latviyanın paytaxtı Riqada keçiriləcək kata üzrə Avropa çempionatında iştirak edəcəklər.

Azərbaycan Cüdo Federasiyasından Yenicag.az-a bildirilib ki, turnirdə ölkəmiz 4 idmançı ilə təmsil olunacaq. Yığma üzvləri “Nage-no-kata” və “Katame-no-kata” üzrə fəndlər nümayiş etdirəcəklər.

“Nage-no-kata” üzrə İsmayıl Rzayev (tori – hücum edən idmançı) və Samir İsmayılov (uke – hücum edilən idmançı) qüvvələrini sınayacaqlar.

“Katame-no-kata”da isə Rafiq Nəcəfov (tori) və Seymur Məcidli (uke) medallar uğrunda yarışacaqlar.

Qeyd edək ki, mayın 31-dən iyunun 1-dək təşkil olunacaq çempionatda 22 ölkədən 332 cüdoçu çıxış edəcək.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 21.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa